“Bakı” və “Turan”a qış transfer müddətində transfer təklifləri - ÖZƏL

“Bakı” və “Turan”a qış transfer müddətində transfer təklifləri - ÖZƏL

Azərbaycanın "Bakı" və "Turan"  futbol klublarına qış transfer müddətində təklif olunacaq futbolçular bəlli olub. SİA-ın məlumatına görə, komandalarımıza Braziliya, Türkiyə, Portuqaliya klublarında top qovan futbolçular təklif olunacaq. Belə ki, "Bakı" və "Turan" klublarına 40, 80 və 100 min avro dəyərində olan futbolçular namizəd olaraq göstəriləcək. Mənbənin verdiyi məlumata görə, bu futbolçular arasında "Feynoord" klubundan Süleyman Rahat (19 yaş), braziliyalı  İvan Karlos de Souza, potuqaliyalı Bruno Fogaça  var.

Süleyman Rahat 60, İvan Karlos de Souza 100, Bruno Fogaça  isə 80 min avro dəyərindədir.

Qeyd edək ki, bu həftə klub rəsmiləri futbolçuları stadionda sınaya biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə