43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçiriləcək

43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçiriləcək
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi isə Latviya ilə üz-üzə gələcək. Artıq komandaların heyətləri də məlumdur: 43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur Kişilər Azərbaycan - Çexiya Şəhriyar Məmmədyarov - David Navara Teymur Rəcəbov - Viktor Lazniçka Arkadi Naydiç - Zbinek Qraçek Rauf Məmmədov - İrji Stoçek Məmmədyarovla Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla çıxış edəcək. Qadınlar Azərbaycan - Latviya Günay Məmmədzadə - Laura Roqule Xanım Balacayeva - İlze Berzina Gülnar Məmmədova - Linda Krumina Ülviyyə Fətəliyeva - Elizabete Limanovska Məmmədzadə və Məmmədova ağ, Balacayeva və Fətəliyeva qara fiqurlarla oynayacaq. Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Beş turdan sonra Azərbaycanın kişilərdən ibarət yığması 10 xalla 1-ci, qadın millisi 8 xalla 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə