"Qalatasaray"a pis xəbər: Əmrə Akbaba əməliyyat olunacaq

"Qalatasaray"a pis xəbər: Əmrə Akbaba əməliyyat olunacaq

Futbol üzrə Türkiyə Superliqasının 6-cı turunun “Ərzurumspor”la oyununda zədələnən “Qalatasaray”ın yeni transferi Əmrə Akbabanın durumuna aydınlıq gəlib. İstanbul klubunun rəsmi saytında yer alan xəbərə görə, ayaq sümüyündə sınıq aşkarlanan futbolçunun sabah əməliyyat olunacağı bildirilib. Onun hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı isə hələlik məlum deyil. Qeyd edək ki, “Qalatasaray” – “Ərzurumspor” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə