“Tottenhem” ŞOKDA: Bu futbolçu “Barselona”ya qarşı oynamayacaq!

“Tottenhem” ŞOKDA: Bu futbolçu “Barselona”ya qarşı oynamayacaq!

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda doğma meydanda “Barselona”nı qəbul edəcək “Tottenhem” meydana ciddi itki ilə çıxacaq. Qol.az-ın Brtianiya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun yarımmüdafiəçisi Dele Alli vacib oyunu buraxacaq. Budundakı köhnə zədəsini yeniləyən ingilis futbolçunun sıraya nə vaxt qayıdacağı bilinmir.

Qeyd edək ki, “Tottenhem” – “Barselona” oyunu oktyabrın 3-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə