Argentinalı futbolçu: “Mən Messi və Ronaldodan nə isə öyrənə bilirəm"
“Yuventus”un hücumçusu Paulo Dibala komanda yoldaşı Kriştiano Ronaldo ilə “Barselona”nın hücumçusu Lionel Messini müqayisə edib. “Football İtalia” nəşrinin yaydığı xəbərə görə, argentinalı futbolçu superulduzlar arasında fərq olmadığını bildirib: “Mən dünyada yeganə futbolçuyam ki, Messi və Ronaldodan nə isə öyrənə bilirəm. Onlar arasında heç bir fərq yoxdur, hər ikisi fenomendirlər. Ronaldonun intensiv məşq etməsi, hazırlığa yanaşması və qələbə qazanmaq istəyi məni təəccübləndirir. Sənin komandanda belə futbolçu çıxış edirsə, digərlərinin qol vurmaq şansı azalır. Amma əsas olan komandanın qələbəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB