Azərbaycan yığması ABŞ millisi ilə qarşılaşıb - Dünya çempionatı - FOTOLAR
Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığma komandası Yaponiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb. SİA-nın məlumatına görə, komandamız ilk görüşündə dünya çempionu ABŞ millisi ilə qarşılaşıb. Gərgin keçən oyun ABŞ millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb (29:27, 25:21, 25:21).
Çempionatın ikinci turunda Azərbaycan komandası Cənubi Koreya millisi ilə qarşılaşacaq. Oyun sentyabrın 30-da Bakı vaxtı ilə 11.10-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatı Yaponiyanın 6 şəhərində təşkil edilib. Millimizin daxil olduğu “C” qrupunun oyunları Kobe şəhərində keçirilir.
Baş məşqçi Faiq Qarayevin yetirmələri Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo və Koreya Respublikası yığmaları ilə eyni qrupdadır. Qrupda keçirilən ilk oyunda Rusiya yığması Trinidad və Tobaqo millisinə 3:0 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB