Azərbaycan yığması dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan yığması dünya çempionatında mübarizəyə başlayıb

Sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində qadınlar arasında voleybol üzrə 18-ci dünya çempionatı keçirilir. 24 milli yığma komandanın iştirak edəcəyi çempionatda hər gün 12 matç nəzərdə tutulur.

SİA xəbər verir ki, bu gün keçiriləcək birinci turda Azərbaycan yığması C qrupunda hazırkı çempion - ABŞ komandası ilə qarşılaşacaq.

Birinci turun Azərbaycan-ABŞ matçı Bakı vaxtı ilə 11:10-da başlanıb. Çempionatda yığmamızın növbəti rəqibi Cənubi Koreya komandası olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə