“Barsa" yenə əzdi, keçdi

La Liqada XV turun oyunları keçirilib. SİA-nın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib. "Villareal" səfərdə "Xetafe"yə, "Sevilya" isə öz meydanında "Almeriya"ya məğlub olub. "Atletiko" doğma meydanda "Deportivo" üzərində qələbə qazana bilib. İkinci oyun günündə isə liderlərin oyunu diqqət mərkəzində olub. Öncə "Real" səfərdə inamlı qələbəyə sevinib. Lider "Barcelona" isə bu dəfə də rəqibini 5 qolla darmadağın edib. Turun son qarşılaşması "Valensiya" - "Osasuna" isə bu gün saat 00.00-da oynanılacaq.
 
İspaniya La Liqası
XV tur
11 dekabr

 
"Xetafe" – "Vilyarreal"  1:0

"Sevilya" – "Almeriya"  1:3
 
"Atletiko Madrid" – "Deportivo"  2:0

12 dekabr
 
"Atletik Bilbao" – "Espanyol"  2:1
 
"Herkules" – "Malaqa"  4:1

"Malyorka" - "Rasinq"  0:1
 
"Sportinq Xixon" - "Levante"  1:1

"Zaraqoza" - "Real Madrid"  1:3

"Barselona" - "Real Sosiedad"  5:0

13 dekabr
 
00:00. "Valensiya" - "Osasuna"

Bütün xəbərlər Facebook səhifəmizdə