Futbol üzrə Almaniya Bundesliqasında 6-cı tura start verilib. SİA-nın məlumatına görə, mərkəzi oyunda "Bavariya" "Herta"nın qonağı olub. Matç meydan sahibi Berlin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, Münhen klubunun 2018/2019 mövsümündə ölkə çempionatında ilk məğlubiyyəti olub.
Qeyd edək ki, bu qələbə ilə xalını 13-ə yüksəldən "Herta" "Bavariya" ilə birgə 1-2-ci pillələri bölüşdürür. Beş oyun keçirən "Borussiya" (Dortmund) və "Verder"in (Bremen) 11 xalı var.
"Herta" (Berlin) - "Bavariya" 2:0
Qollar: İbişeviç, 23-pen, Duda, 44
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB