Messiyə ŞOK: Milliyə çağırılmadı!

Messiyə ŞOK: Milliyə çağırılmadı!

"Barselona"nın futbolçusu Lionel Messi növbəti dəfə Argentina millisinə çağırılmayıb. Argentina millisinin müvəqqəti baş məşqçisi olan Lionel Skaloni, onu oktyabrda keçiriləcək yoxlama görüşləri üçün yığmaya dəvət etməyib.

Qeyd edək ki, L.Messi bu ay keçirilən görüşlər üçün də milliyə çağırılmamışdı. Argentina mətbuatının iddiasına görə, Messi DÇ-2018-dən sonra milli karyerasına fasilə verdiyi üçün ona dəvət göndərilməməsini xahiş edib. Xatırladaq ki, Argentina oktyabrın 11-i İraqla, 5 gün sonra isə Braziliya ilə yoxlama görüşü keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə