"Tottenhem" Dele Alli ilə yeni müqavilə imzalayacaq

"Tottenhem" Dele Alli ilə yeni müqavilə imzalayacaq

"Tottenhem" futbolçusu Dele Alli ilə yeni müqavilə barədə razılığa gəlib. "The Independent" yazır ki, London klubunun İngiltərə millisinin üzvü ilə danışıqları uğurlu alınıb. Tərəflər arasında 2022-ci ilə qədər müqavilə imzalanacaq. Klubun yaxın günlərdə bununla bağlı rəsmi açıqlama yayacağı gözlənilir. Qeyd edək ki, 2015-ci ildən "Tottenhem"də çıxış edən 22 yaşlı yarımmüdafiəçi Premyer Liqada 111 oyunda 38 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə