UEFA Belarus Futbol Federasiyasını 3 min avro cərimələyib

UEFA Belarus Futbol Federasiyasını 3 min avro cərimələyib

UEFA Belarus Futbol Federasiyasını (ABFF) 3 min avro məbləğində cərimələyib. ABFF-in rəsmi saytında yer alan məlumata görə səbəb azarkeşlərin Millətlər Liqasının II turunda Moldova ilə səfər matçı zamanı pirotexniki vasitələrdən istifadə etməsidir.

Bununla əlaqədar yerli federasiya oktyabrın 12-də Lüksemburq, oktyabrın 15-də Moldova ilə keçirəcəkləri ev oyunları zamanı azarkeşlərdən qaydaları pozmamalarını və ictimai asayişə əməl etmələrini istəyib.

Qeyd edək ki, D Liqasının II qurupunda keçirilmiş Moldova - Belarus matçı qolsuz bərabərliklə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə