"Barselona"da ciddi itki: Sanuel Umtiti zədələnib

"Barselona"da ciddi itki: Sanuel Umtiti zədələnib

"Barselona" ciddi itki ilə üzləşib. "AS" nəşrinin yazdığına görə, komandanın aparıcı üzvü Sanuel Umtiti zədələnib.
Diz bağları qırılan fransız müdafiəçinin bir neçə ay "Barselona"ya kömək edə bilməyəcəyi gözlənilir. Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm La Liqada geridə qalan 6 oyunun hər birində 90 dəqiqə meydanda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə