"Real"ın zədəli futbolçusu Marselonun durumuna aydınlıq gəlib. "Marca" nəşrinin yazdığına görə, bu gün tibbi müayinədən keçən braziliyalı müdafiəçinin sabah La Liqanın 7-ci turunda "Atletiko" ilə keçiriləcək görüşü buraxacağı məlum olub.
Onun gələn həftə UEFA Çempionlar Liqasının qrup mərhələsində Moskva SSKA-sı ilə keçiriləcək matçı buraxmaq ehtimalı da var. Qeyd edək ki, Marselo La Liqanın son turunda "Sevilya"ya 0:3 hesabı ilə uduzduqları görüşdə zədələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB