“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi üzrə növbəti tədbir keçirilib

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi üzrə növbəti tədbir keçirilib

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Ağdam rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə 28 sentyabr 2018-ci il tarixdə Ağdam Olimpiya İdman Kompleksində keçirilmişdir.

Tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Ağdam rayonundan seçilmiş millət vəkili Aqil Abbas, Göyçay rayonundan seçilmiş millət vəkili Sabir Hacıyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov və layihənin kordinatoru Kərim Ağayev iştirak etmişdir.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, millət vəkili Aqil Abbas, millət vəkili Sabir Hacıyev Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış etdilər. Çıxış edənlər qeyd etdilər ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə