AFFA-nın baş katibi yığma komanda ilə görüşüb - FOTOLAR

AFFA-nın baş katibi yığma komanda ilə görüşüb - FOTOLAR

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, baş katib Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 3-də Türkiyə, 6-da İsveçrə, 3 gün sonra isə Kipr komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı II qrupun oyunları Türkiyədə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə