“Barselona”nın loqosunda dəyişiklik olunacaq

“Barselona”nın loqosunda dəyişiklik olunacaq

İspaniyanın “Barselona” futbol klubunun 2019/2020-ci il mövsümündə loqosunda dəyişiklik olunacaq. SİA-nın məlumatına görə, istifadəyə veriləcək yeni loqonun forması saxlanılıb. Dəyişiklik yalnız “FCB” yazısının yığışdırılması olub. Sonuncu dəfə klub 2002-ci ildə loqo dəyişikliyi edib.

Qeyd edək ki, “Barselona” 25 dəfə İspaniya çempionu olub. Klub həmçinin 30 dəfə İspaniya kubokunun, 13 dəfə İspaniya Super kubokunun, 5 dəfə UEFA Çempionlar Liqasının və UEFA Super kubokunun qalibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə