Xesus Navas: “Serxio Ramos uşaqlıqdan "Sevil"ya azarkeşidir"

Xesus Navas: “Serxio Ramos uşaqlıqdan "Sevil"ya azarkeşidir"

"Sevilya"nın futbolçusu Xesus Navas, "Real"ın müdafiəçisi Serxio Ramos haqda fikirlərini bildirib. SİA-nın məlumatına görə, Navas İspaniya mətbuatına açıqlamasında Ramosun hələ də “Sevilya” azarkeşi olduğunu deyib: “Ramos uşaqlıqdan "Sevil"ya azarkeşidir. O, Sevilyanın küçələrində böyüyüb. Hələ də "Sevilya" azarkeşidir. Onunla birlikdə gözəl günlərimiz olub. Uşaqlıqdan bir yerdə olmuşuq. Ramosla tez-tez əlaqə saxlayırıq. Onun məndə xüsusi bir yeri var”.

Qeyd edək ki, Ramos və Navas 2003-2005-ci illər aralığında "Sevilya"da forma geyinib. Ramos 2005-ci ildə "Real"a transfer edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə