Dmitri Nağıyev Litva klubunda

U-21 millimizin sabiq üzvü Dmitri Nağıyev özünə yeni klub tapıb. SİA-nın məlumatına görə, 22 yaşlı müdafiəçi karyerasını Litvada davam etdirəcək. D.Nağyev elita təmsilçisi “Stumbras” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, 2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən futbolçu ötən mövsümü Vyana “Qarabağ”ında (15 oyun, 1 qol) keçirib. O, yayda "Sumqayıt"la müqavilə imzalasa da, klubdan ayrılaraq, Portuqaliya Sequndasında çıxış edən "Kova-da-Piedadi"nin düşərgəsinə yollanıb. Transferi baş tutmayan D.Nağıyev Litvaya üz tutmağa qərar verib.

Dmitri U-21 millimizdə 2015-2016-cı illərdə 2 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə