AFFA və Kapital Bank arasında yeni müqavilə

AFFA və Kapital Bank arasında yeni müqavilə

İdmanın bir sıra növlərinin, xüsusilə futbolun inkişafına öz töhfəsini verməkdən məmnunluq duyan Kapital Bank sosial yönümlü fəaliyyəti çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə yeni müqavilə imzalayıb. SİA xəbər verir ki, müqavilənin şərtlərinə görə, Kapital Bank cari mövsümdən başlayaraq AFFA-nın U-14 liqasının rəsmi tərəfdaşıdır və turnir, müvafiq olaraq, “Kapital Bank U-14 liqa” adlanacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə