“Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub. SİA-nın məlumatına görə, oktyabrın 6-dan 15-dək yığmanın düşərgəsində olacaq 28 yaşlı yarımmüdafiəçi KONKAKAF Milli Liqası çərçivəsində oktyabrın 13-də baş tutacaq Sent-Lusia - Haiti matçına çağırılıb.
Qeyd edək ki, Soni Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB