“Milan” “Empoli”ni məğlub edə bilmədi

“Milan” “Empoli”ni məğlub edə bilmədi

Futbol üzrə İtaliya “A” Seriyasında 6-cı tura yekun vurulub. SİA-nın məlumatına görə, “Milan” səfərdə “Empoli”nin qonağı olub. İlk yarıda “qırmızı-qaralar” avtoqol sayəsində hesabda önə keçiblər. Lakin qələbə hesabını qorumaq mümkün olmayıb. Rəqib bərabərlik qolunu vurub.

Qeyd edək ki, ardıcıl üçüncü dəfə heç-heçə edən “Milan” 6 xalla 14-cü pillədə qərarlaşıb. “Empoli” isə 5 xalla 17-cidir.

İtaliya "A" seriyası
VI tur
27 sentyabr
“Empoli” - “Milan” 1:1
Qollar:
Capezzi, 10-avtoqol (0:1), Kaputo, 71-pen (1:1)

Bütün xəbərlər Facebook səhifəmizdə