Mehmet Özdilək “Ərzurumspor”un baş məşqçisi oldu

Mehmet Özdilək “Ərzurumspor”un baş məşqçisi oldu

Türkiyənin “Ərzurumspor” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Türkiyə futbol klubunun məlumatında deyilir ki, Ərzurum təmsilçisi Mehmet Özdiləklə anlaşıb. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Gənc mütəxəssis mövsümün sonunadək komandanı çalışdıracaq.
Qeyd edək ki, "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin də çıxış etdiyi "Erzurumspor" dünən Mehmet Altıparmakı istefaya göndərib. Komanda 6 turdan sonra 2 xalla son pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə