"Arsenal" tarixinin ən uzun səfərini Bakıda gerçəkləşdirəcək

"Arsenal" tarixinin ən uzun səfərini Bakıda gerçəkləşdirəcək

"Arsenal" futbol klubu üçün, UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun "Qarabağ"la oyunu əlamətdar olacaq. UEFA-nın saytında yer alan məlumatda deyilir ki, bu matça görə London klubu tarixinin ən uzun səfərini gerçəkləşdirəcək. Ağdam təmsilçisi ilə görüş üçün "Arsenal" 4 min kilometr məsafə qət edəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-də saat 20:55-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə