"Barselona" futbol klubu, yarımmüdafiəçisi Serxio Busketslə müqavilə yeniləyib. Klubun rəsmi "Twitter" səhifəsində yer alan xəbərə görə, ispan futbolçunun sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb. Yeni anlaşmanın maliyyə tərəfi açıqlanmasa da, təcrübəli oyunçunun komandanın digər üzvləri - Luis Suares və Jerar Pike ilə eyni məbləğdə maaş alacağı iddia olunur. Qeyd edək ki, Busketsin "Barselona" ilə əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB