Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun "Qarabağ"la oyunu "Arsenal"ın futbolçusu Məsut Özil üçün əlamətdar ola bilər. UEFA-nın saytında yer alan xəbərə görə, türk əsilli alman yarımmüdafiəçi meydana çıxacağı təqdirdə, avrokuboklarda 100-cü matçını keçirəcək. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-də saat 20:55-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB