FİFA hakimliyi üçün imtahan keçirilib

FİFA hakimliyi üçün imtahan keçirilib

Bu gün Bakı Olimpiya Stadionunda FİFA referiləri, FİFA referi köməkçiləri və beynəlxalq dərəcəli hakim kimi namizədliyi irəli sürülməsi nəzərdə tutulan hakimlərdən fiziki hazırlıq üzrə test götürülüb. AFFA-nın saytında yer alan xəbərə görə, UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın Hakimlər və Hakim-İnslektorlar Komitəsinin sədri Fritz Stuçlik və UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassaras rəhbərlik edib.Testin nəticələri barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə