VAR sistemi Çempionlar Liqasında tətbiq olunacaq!

VAR sistemi Çempionlar Liqasında tətbiq olunacaq!

UEFA-nın bayrağı altında keçirilən yarışlarda videotəkrar (VAR) sistemi növbəti - 2019-2020 mövsümdən etibarən tətbiq olunacaq. Qurumun rəsmi saytında yer alan xəbərə görə, bu barədə UEFA İcraiyyə Komitəsinin bu gün Nyonda keçirilən iclasında qərar qəbul olunub. Qərara əsasən, 2019/20 mövsümü Çempionlar Liqasının pley-off mərhələsindən başlayaraq, VAR sistemindən istifadə olunacaq. Bundan başqa, gələn il İstanbulda keçiriləcək UEFA Superkubok oyununda da yeni texnologiya tətbiq olunacaq.

Avropa Liqasında bu sistemə 2020/21 mövsümündən keçiləcək. Bundan başqa, AÇ-2020-nin final mərhələsində də VAR sistemi olacaq. UEFA Millətlər Liqasında isə videotəkrar 2021-ci ildən istifadə edilməyə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə