“Baku Fires” boks komandası WSB Liqası yarışlarında növbəti qələbəsini qazanıb

“Baku Fires” boks komandası WSB Liqası yarışlarında növbəti qələbəsini qazanıb

Dekabrın 11-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində Dünya üzrə Boks Seriyası (WSB) Liqası yarışlarının üçüncü mərhələsi çərçivəsində növbəti görüş keçirilib.

SİA-nın xəbərinə görə, Bakının "Baku Fires" boks komandası Koreya Respublikasının "İncheon Red Wings" kollektivini qəbul edib.

Yığmamızın heyətində Məhəmməd Abdulhəmidov (54 kq), Romal Amanov (61 kq), Soltan Migitinov (73 kq), Ramazan Maqomedov (85 kq) və Beka Lobjanidze (91 kq-dan yuxarı) yer alıblar.

İdmançılarımız M.Abdulhəmidov Ju Seonq Kimə, S.Migitinov Viktor Kontijuanskiyə, R.Maqomedov Reece Papuniyə, B.Lobjanidze isə Mixail Muntianə qalib gəliblər. Yarışda yeganə boksçumuz R.Amanov rəqibi Bahadırjon Sultonova məğlub olub.

Beləliklə, "Baku Fires" klubu rəqibini 4:1 hesabı ilə məğlub edib.

Komandamız növbəti görüşünü dekabrın 18-də Bakıda, "Sərhədçi" Olimpiya İdman Mərkəzində Qazaxıstanın "Astana Arlans" komandasına qarşı keçirəcəkdir.

Xatırladaq ki, "Baku Fires" WSB Liqasında keçirdiyi hər iki görüşdə qələbə qazanıb. Komandamız əvvəlcə Bakıda Çinin "Beijing Dragons" komandasını 5:0, səfərdə isə Qazaxıstanın "Astana Arlans" kollektivini 4:1 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə