İrina Kindzerska: "Bakı mundialı bugünədək iştirak etdiyim ən möhtəşəm yarışdır" - AÇIQLAMA

İrina Kindzerska: "Bakı mundialı bugünədək iştirak etdiyim ən möhtəşəm yarışdır" - AÇIQLAMA

“Azərbaycanda cüdo üzrə dünya çempionatı yüksək səviyyədə keçdi. Bakı mundialı bugünədək iştirak etdiyim çempionatlar arasında ən möhtəşəm yarışdır”. SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 78 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü İrina Kindzerska jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, mundialdaidmançılar və qonaqlar üçün hər cür şərait yaradılıb: “Azərbaycan Prezidentinə, federasiya rəhbərliyinə və əməyi olan hər kəsə yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlığımı bildirirəm. Vətənimdə belə irimiqyaslı turnirin keçirilməsi mənim üçün çox qürurvericidir”.

İdmançı dünya çempionatında medal qazana bilməməsindən də danışıb: “Ötən il keçirilən dünya çempionatında bürünc medal qazandım. Əmin idim ki, bu il daha yaxşı mübarizə aparacağam. Qələbəyə köklənmişdim. Amma nə baş verdi anlamadım. İndi kimisə günahlandırmaq düzgün olmaz. Ən çox səhvləri özümdə görürəm. Səhvlərim üzərində işləməyə başlayacağam. Gələn il çalışacağam ki, dünya çempionatının mükafatçıları arasında oldum”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə