Avro-2024-ə hansı ölkə ev sahibliyi edəcək?

Avro-2024-ə hansı ölkə ev sahibliyi edəcək?

2024-cü ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb. SİA-nın məlumatına görə, UEFA İcraiyyə Komitəsinin iclasında Almaniyanın namizədliyi qəbul edilib.

Almaniyanın 12 şəhərində təşkil olunacaq Avropa çempionatında 24 komanda iştirak edəcək.

Qeyd edək ki, Avro-2024-ə digər namizəd ölkə Türkiyə idi.

Bütün xəbərlər Facebook səhifəmizdə