Məmmədəli Mehdiyev: “Mən rəqibi buraxdım, ancaq o, fənd tətbiq etdi” - AÇIQLAMA
“Çox istəyirdim ki, dünya çempionatının fərdi yarışlarında medal qazanım. Ancaq qismət olmadı. Qarışıq komanda yarışlarında birliyimizi göstərib, bürünc medal qazana bilərik”. SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 90 kq çəki dərəcəsində çıxış edən Azərbaycan milli komandasının üzvü Məmmədəli Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O, qarışıq komanda yarışlarında üçüncü yer uğrunda həlledici qarşılaşmada bütün güclərindən istifadə edəcəklərini vurğulayıb: “Yaxşı hazırlıq keçmişik. Son görüşdə qalib gələrək bürünc medal qazanmağa çalışacağıq. Dünya çempionatı ölkəmizdə keçirildiyi üçün məsuliyyətimiz çoxdur”.
Cüdoçu dünya çempionatının fərdi yarışlarında medal qazana bilməməsi haqda da danışıb: “Yarış ölkəmizdə keçirildiyi üçün sıxılırdım. Ona görə özümü yaxşı tərəfdən göstərə bilmədim. İkinci görüşümdə hakimlərin səhvinə görə məğlub oldum. Hakim dayan komandası verdi, mən rəqibi buraxdım, ancaq o, fənd tətbiq etdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB