Azərbaycan millisi dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Azərbaycan millisi dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşə çıxacaq. SİA-nın məlumatına görə, təsəlliverici qarşılaşmada Niderland yığmasına 4:2 hesabı ilə qalib gələn cüdoçularımız üçüncü yer uğrunda görüşdə güclərini sınayacaqlar.

Qeyd edək ki, millimiz 1/8 finalda Avstriya cüdoçularına 4:1 hesabı ilə qalib gəlib. 1/4 finalda Yaponiya yığmasına 2:4 hesabı ilə uduzan seçməmiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Dünya çempionatı
27 sentyabr
Komanda yarışları

Azərbaycan - Niderland - 4:2

57 kq. İçinxorlu Munxtsedev – Devi Kartauz – 1:0
70 kq. Günel Həsənli – Fransen Yul - 0:1
+70 kq. İrina Kindzerska – Van Dik Sanne - 1:0
90 kq. Məmmədəli Mehdiyev – Noel Van End - 1:0
+90 kq. Uşangi Kokauri – Roy Meyer - 0:1
73 kq. Hidayət Heydərov – Sam Van Vestend - 1:0

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə