Bu gün paytaxt derbisi keçiriləcək. Neftçi - Bakı ilə qarşılaşacaq. Oyunla bağlı "Bakı" klubunun üzvləri fikirlərini SİA ilə bölüşüblər.
Stefan Sebastian Borbikoni bildirib ki, "Bakı" üçün çox önəmli oyundur: "Son matçda "Simurq"a məğlub olmağımız işlərimizi korladı. "Neftçi" Premyer Liqanın əsas favoritidir və hazırda turnir cədvəlinin ilk pilləsindədir. Bu oyunda rəqib də bizim qədər qalib gəlmək istəyindədir. Lakin biz bu oyunda 3 xal qazanaraq özünəinam hissimizi qaytarmalıyıq.
Bu həftə üçüncü oyuna çıxacağıq. "Neftçi" də üç oyun keçirib. Biz rəqibdən fərqli olaraq son oyunda 120 dəqiqə oynamışıq. Buna baxmayaraq yaxşı oynayıb, qalib gələcəyik".
Leanardo Roşa isə, "Bu üç xalı əldən verə bilmərik. Meydançaya çıxıb, ancaq qələbə haqqında düşünməliyik. Rəqib çox güclüdür, çempionatın əsas favoritlərindən biri sayılır. Biz də asan yem deyilik. Bunu onlara isbat etmək üçün yaxşı futbol oynamalıyıq", deyib.
Demək olmaz ki, biz zəif oynayırıq deyən Fabio Luis Ramim, çoxlu qol vəziyyətləri yaratdıqlarını, imkanları layiqincə qiymətləndirdiklərini diqqətə çatdırıb: "Bəziləri deyir ki, komandamız indi zəifdir. Bununla razılaşmıram. "Bakı" böyük komandadır. Son 2 ildə biz qızıl və gümüş medallar, Azərbaycan Kubokunu qazanmışıq. Biz axırıncı yerdə olsaq belə, rəqiblərimiz bilir və yaxşı başa düşür ki, "Bakı"nı məğlub etmək heç də asan deyil. Biz buna yol verməyəcəyik.
Rəqibimiz Azərbaycanın iddialı klublarından biridir. Onlar hazırda yüksəliş dövrlərini yaşayırlar. Buna baxmayaraq var gücümüzü ortaya qoyub, qələbə qazanmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB