Rusiyalı cüdoçu: "Medal qazanmaq üçün bütün gücümü sərf etdim" - AÇIQLAMA
“Bürünc medal uğrunda həlledici qarşılaşmada çinli idmançı ilə üz-üzə gəldim. O, fərqli üslubda güləşirdi. Rəqibin mübarizə üsulunu öyrəndim və ağrıdıcı fənd tətbiq etdim. Qalib gəldiyimə görə sevinirəm". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qadınlar arasında 78 kq çəki dərəcəsində bürünc medal qazanan rusiyalı idmançı Aleksandra Babintseva deyib.
O, dünya çempionatında əzmkar mübarizə apardığını qeyd edib: "Medal qazanmaq üçün bütün gücümü sərf etdim. Dünya çempiontında medal qazanmaq asan deyil. Burada dünyanın ən güclüləri yarışırlar".
Cüdoçu Bakıya ilk dəfə gəldiyini, buranın çox gözəl olduğunu vurğulayıb. O, Milli Gimnastika Arenasında dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB