"Arsenal" kubokda 1/8 finala çıxıb

"Arsenal" kubokda 1/8 finala çıxıb

İngiltərə Liqa Kubokunda 3-cü mərhələnin oyunları keçirilib. SİA-nın məlumatına görə, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Arsenal" səfərdə aşağı liqa təmsilçisi "Brentford"a 3:1 hesabı ilə qalib gəlib. "Topçular" qələbə sayəsində 1/8 finala adlayıb.

Qeyd edək ki, "Arsenal" sentyabrın 29-da Premyer Liqada "Uotford"u qəbul edəcək, oktyabrın 4-də isə "Qarabağ"ın qonağı olacaq.

"Arsenal" - "Brentford" 3:1

Qollar: Denni Uelbek, 5, 37, Aleksandr Lyakazett, 90 - Alan Cudce, 58

Bütün xəbərlər Facebook səhifəmizdə