Azərbaycan millisi DÇ-nin qarışıq komanda yarışlarında təsəlliverici görüşə çıxacaq

Azərbaycan millisi DÇ-nin qarışıq komanda yarışlarında təsəlliverici görüşə çıxacaq

Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. SİA-nın məlumatına görə, rəqib Yaponiya yığması olub. Görüş "gündoğar ölkə" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2. Heyətdəki qadın cüdoçuların hamısı - İçinxorlu Munxtsedev (57kq), İrina Kindzeska (+70 kq) və Günel Həsənli (70 kq) rəqiblərinə məğlub olublar.

Kişilərdən Uşangi Kokauri (+90 kq) əlavə vaxtda rəqibinə ipponla qalib gəlib. Məmmədəli Mehdiyev (90 kq) də rəqibini üstələməyi bacarıb. Rüstəm Orucov (75 kq) isə ipponla məğlub olub.

Azərbaycan millisi təsəlliverici görüşə çıxacaq. Yığmamızın rəqibi Niderland komandası olacaq.

Qeyd edək ki, millimiz ilk rəqibi Avstriya yığmasına 4:1 hesabı ilə qalib gəlib.

Dünya çempionatı
27 sentyabr
Komanda yarışları
1/4 final
Azərbaycan - Yaponiya - 2:4

57 kq. İçinxorlu Munxtsedev – Momo Tamaoki – 0:1
70 kq. Günel Həsənli – Yoko Ono - 0:1
+70 kq. İrina Kindzerska – Sara Asahina - 0:1
90 kq. Məmmədəli Mehdiyev – Mukayi Şoiciro - 1:0
+90 kq. Uşangi Kokauri– Yusey Oqava - 1:0
73 kq. Rüstəm Orucov – Arata Tatsukava - 0:1

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə