Millimiz cüdo üzrə DÇ-nin qarışıq komanda yarışlarına qələbə ilə başlayıb
Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına qələbə ilə başlayıb. SİA-nın məlumatına görə, mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisinin ilk rəqibi Avstriya komandası olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmalar 4:1 hesabı ilə başa çatıb. Bu görüşün qalibi 1/4 finalda Yaponiya yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, millimizin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi - 57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi - 70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi - 73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi - 90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb.
Dünya çempionatı
27 sentyabr
Komanda yarışları
1/8 final
Azərbaycan - Avstriya 4:1
57 kq. İçinxorlu Munxtsedev - rəqibi olmadığı üçün qalib elan olunub.
70 kq. Günel Həsənli - Mixaela Polleres - 0:1
+70 kq. İrina Kindzerska - Mariya Höllvart - 1:0
90 kq. Tural Safquliyev - Sebastian Şnayder - 1:0
+90 kq. Tornike Kokauri - Daniel Allerstorfer - 1:0
73 kq. Hidayət Heydərov - Lukas Rayter görüşü keçirilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB