Belarusun BATE futbol klubunun futbolçuları mövsümün sonunadək oyunlara qara sarğı ilə çıxacaqlar. Klubun saytında yer alan məlumata görə, Borisov təmsilçisi klubun İdarə Heyətinin sədri Anatoli Kapskinin vəfatına hörmət əlaməti olaraq bu addımı atıb. Bu, Belarus çempionatının və ölkə kubokunun oyunlarına şamil olunacaq.
Belarus Futbol Federasiyası da BATE-nin müraciətinə müsbət cavab verib. Qeyd edək ki, BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB