"Everton" Cordan Pikford ilə uzunmüddətli müqavilə imzalayıb

"Everton" Cordan Pikford ilə uzunmüddətli müqavilə imzalayıb

İngiltərənin "Everton" futbol klubu qapıçısı Cordan Pikford ilə uzunmüddətli müqavilə imzalayıb. Klubun saytında yer alan məlumata görə, 24 yaşlı qolkiper yeni sözləşməyə əsasən, 2024-cü ilə qədər Liverpul təmsilçisinin şərəfini qoruyacaq. Qeyd edək ki, Cordan Pikford 2017-ci ildən "Everton"da çıxış edir. İngiltərə millisinin də şərəfini qoruyan oyunçu cari mövsüm klubun heyətində 6 oyunda meydanda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə