Ronaldo açıqladı: "Buna zaman lazımdır"

Ronaldo açıqladı: "Buna zaman lazımdır"

"Klubda missiyamız var. Amma buna zaman lazımdır. Hədəfimiz klubumuzu beynəlxalq arenada daha da tanıtmaq və əhatəmizi genişləndirməkdir". Bu sözləri Braziliya millisinin sabiq üzvü Ronaldo deyib. Veteran hücumçu İspaniya mətbuatına açıqlamasında yeni aldığı "Valyadolid" klubu haqda gələcək planlarından danışıb: "Madridin mərkəzində də klubun ofisini açmaq istəyirik. İnsanları oradan Valyadolidə gətirmək, klubumuzla yaxından tanış etmək istəyirik".

Qeyd edək ki, La Liqa təmsilçisi 5 oyundan sonra 3 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə