Zlatan İbrahimoviçə jest: “Qolların Tanrı”sı!

Zlatan İbrahimoviçə jest: “Qolların Tanrı”sı!

“Los-Anceles Qelaksi” ötən həftə karyerasında 500-cü qolunu vuran Zlatan İbrahimoviçə jest edib. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ABŞ klubu isveçli hücumçuya “Qolların Tanrı”sı ləqəbini verib. Hətta MLS təmsilçisi həftəsonu çempionatda “Vankuver”lə keçiriləcək oyunun afişasına 36 yaşlı futbolçunun film qəhrəmanı Tor obrazında şəklini vurub. Həmin plakatlar matçı izləmək üçün stadiona gələcək ilk 10 min azarkeşə təqdim olunacaq.

Qeyd edək ki, İbrahimoviç Kriştiano Ronaldo və Lionel Messidən sonra 500 qol səddini adlayan 3-cü futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə