“Ərzurumspor” Mehmet Altıparmakla yollarını ayırıb

“Ərzurumspor” Mehmet Altıparmakla yollarını ayırıb

Türkiyənin “Ərzurumspor” klubunun baş məşqçisi Mehmet Altıparmak vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə Türkiyə klubunun rəsmi saytı xəbər yayıb. Ərzurum təmsilçisinin uğursuz çıxışları klub rəhbərliyinin bu addımı atmasına səbəb olub. Komanda 6 turdan sonra 2 xalla son pillədə qərarlaşıb.

Qeyd edək ki, "Erzurumspor " ötən mövsüm Mehmet Alıparmakın rəhbərliyi altında Türkiyə Superliqasına vəsiqə qazanıb. Əlavə edək ki, "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də "Erzurumspor"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə