Cüdoçumuz dünya çempionatında gümüş medal qazanıb

Cüdoçumuz dünya çempionatında gümüş medal qazanıb

Cüdoçumuz Uşanqi Kokauri (100 kq-dan yuxarı) Bakıda keçirilən dünya çempionatının gümüş medalını qazanıb. SİA-nın məlumatına görə, həlledici görüşdə Gürcüstan idmançısı Quram Tuşişviliyə məğlub olan U.Kokauri çempionatı ikinci pillədə başa vurub.

Qeyd edək ki, cüdoçumuz ilk görüşündə belaruslu Vladislav Tsiarpitskini məğlub edərək 1/8 final mərhələsinə adlayıb. O, növbəti mərhələdə polşalı Masiey Sarnacki ilə qarşılaşıb. Bu idmançını da məğlub edən U.Kokaurinin 1/4 finalda rəqibi çexiyalı Lukas Krpalek olub. U.Kokauri qalib gələrək yarımfinala çıxıb. 26 yaşlı idmançı yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevi məğlub edib. Kokauri 25-ci saniyədə ipponla qalib gələrək finala vəsiqə qazanıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə