Nadir Ağayevin xatirə turnirində ilk günün qalibləri

Nadir Ağayevin xatirə turnirində ilk günün qalibləri

Masallı Olimpiya İdman Kompleksində əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Respublika turniri keçirilir. Azərbaycan Güləş Federasiyasından SİA-ya verilən məlumata görə, hər il keçirilən turnir əməkdar məşqçi Nadir Ağayevin xatirəsini yad etmək və yeni idmançıları üzə çıxarmaq məqsədi daşıyır.

Turnirin ilk günü 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində 65 güləşçi mübarizə aparıb. Təbriz Yusifzadə (42 kq, Lənkəran), Elnur Həsənov (50 kq, Bakı, Neftçi), Emin Əhmədov (58 kq, Bakı, MOİK), Nəzirməmməd Mirzəyev (69 kq, Şirvan), Sərxan Cahangirli (85 kq, Bakı, Neftçi) bütün rəqiblərindən üstün olub və turnirin qalibi adını qazanıb.

Bu gün 46, 54, 63, 76 və 100 kq-da qaliblər müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə