Nazir: “İdmançılar arasında heç bir fərq qoyulmayıb və yığmaya heç kim qaytarılmayıb”
Gənclər və idman naziri Azad Rəhimov dopinq-testden keçə bilmədiklərinə görə cəzalandırılan ağırlıqqaldıranların yenidən komandaya qayıtması və birgə məşq etməsi məsələsini təkzib edib. SİA-nın xəbərinə bu barədə jurnalistlərə açıqlama verən nazir bildirib ki, idmançılar arasında heç bir fərq qoyulmayıb və yığmaya heç kim qaytarılmayıb. Onun sözlərinə görə, dünyada belə bir təcrübə də yoxdur.
"Dopinqdən keçə bilməyən idmançılar yığmaya hansı yollasa qayıda bilsə də heç bir idman tədbirində iştirak edə və ya ölkədən kənar təlim-məşq toplantısına çıxa bilməz. Nizami Paşayev də vaxtilə bu problemlərlə qarşılaşanda tam şəkildə bütün müddət ərzində məşq edirdi. Hamı məşq edə bilər və bu hər bir idmançının öz işidir. Bu məsələnin günahını idmançıların özündə görürəm. O diqqətli olmalı və baxmalıdır ki, hansı dərmanları, preparatları qəbul edir", - deyə nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB