Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov ilk görüşünü qələbə ilə başa vurub. SİA-nın məlumatına görə, 1/32 finalda İsveç idmançısı Martin Paceki məğlub edən cüdoçumuz növbəti mərhələdə Monteneqro təmsilçisi Danilo Pantiç ilə qarşılaşacaq.
Digər cüdoçumuz Zelim Kotsoyev isə ilk görüşündə isveçli Joakim Dvarbiyə məğlub olaraq mübarizəni dayandırıb.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB