"Kəpəz" yoxlama oyununda 4 qolla qalib gəldi

"Kəpəz" yoxlama oyununda 4 qolla qalib gəldi

“Kəpəz” yoxlama oyununda qüvvəsini sınayıb. SİA-nın məlumatına görə, sarı-göylər” Region Liqasında Gəncəni təmsil edəcək “Qoşqar” komandası ilə qarşılaşıb.

Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun Birinci Divizion klubunun qələbəsi ilə başa çatıb - 4:1.

“Kəpəz”in məşqçilər korpusu Gəncə derbisində əsasən çempionat oyunlarında ehtiyatda qalan futbolçulara heyətdə yer verib.

Bütün xəbərlər Facebook səhifəmizdə