"Hədəfim medal qazanmaq idi. Təəssüf ki, məğlub olaraq, mübarizəni dayandırdım". Bunu SİA-ya açıqlamasında Bakıda keçirilən cüdo üzrə dünya çempionatında polşalı idmançı Rafal Kazlovskiyə məğlub olaraq çıxışını başa vuran çexiyalı cüdoçu Jiri Peter deyib.
O, rəqibinin güclü olduğunu vurğulayıb: "Qələbə qazanmaq üçün əlimdən gələni etdim. Ancaq rəqibim məndən güclü idi. Ona görə məğlub oldum".
İdmançı Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini qeyd edib.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB