PSJ "Renn"i 3 qolla məğlub edib

Fransa I Liqasında 6-cı tura yekun vurulub. SİA-nın məlumatına görə, lider PSJ səfərdə "Renn"ə 3:1 hesabı ilə qalib gəlib.

Liqa 1-də turnir cədvəlinə 18 xalla PSJ başçılıq edir. "Lill" 13 xalla 2-cidir. Aktivində 7 xalı olan "Renn" 14-cü pillədə qərarlaşıb.

"Renn" - PSJ 1:3
Qollar:
Adrien Rabio, 11 (avtoqol) - Di Mariya, 45, Münye, 61, Çupo Motinq, 83

Bütün xəbərlər Facebook səhifəmizdə